"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.
Qeyd edək ki, Bədavi Hüseynov Avropa Liqasının Liqa mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Lion" matçını da buraxacaq.
Matç noyabrın 28-i, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.