Armudun həzmi yaxşılaşdıran və qəbizliyin qarşısını alan lif mənbəyi olduğu bilinir. Eyni zamanda, antioksidantlar dərinin vəziyyətini yaxşılaşdırmağa, iltihabı azaltmağa və qocalmanı yavaşlamağa kömək edir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, terapevt Əmir Xan bu meyvələrin başqa hansı faydaları olduğundan danışıb.
Armud yüksək lif tərkibinə görə sizi mədə-bağırsaq sistemi ilə bağlı bir çox problemdən xilas edir. Məsələn, qəbizliyi aradan qaldırırlar.
Üstəlik, yüksək antioksidant tərkibi bu meyvələri dərinin qocalmasına qarşı təsirli bir silah edir.
Armud həmçinin gündəlik C vitamini ehtiyacının 12%-ni, kaliumun isə 6%-ni təmin edir.
Həkim Əmir Xanın sözlərinə görə, armud başqa şeylərlə yanaşı, şəkər xəstəliyinə də faydalıdır. Üstəlik, həkim bu patologiyanın və xərçəngin inkişaf riskini azaltmaq üçün armud istehlakını artırmağı tövsiyə edir.
Mütəxəssis qeyd edir ki, armudda olan bəzi bitki birləşmələri bir neçə növ xərçəng riskini azaldır.
Bundan əlavə, flavonoidlər, mis, vitamin C və K vitamini bədəndə iltihabı azaltmağa kömək edir.
Armudun zəngin olduğu antositlər isə 2-ci tip diabetin inkişaf ehtimalını 23% azaldır.
Amerikalı alimlər isə belə nəticəyə gəliblər ki, gündə yalnız bir armud artıq çəkidən qoruya bilər. Onların məlumatına görə, çəkisi 178 qram olan armudun tərkibində 100 kalori, 1 qram protein və 27 qram karbohidrat var.
Tədqiqatçılar həmçinin armud yeyənlərin ümumi olaraq daha sağlam qidalandığını aşkar ediblər. Daha çox lif, C vitamini, kalium və maqnezium alırlar.