Polis və Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin bölmələri ölkənin Şimal adasının şimal-şərq sahillərində itkin düşmüş narkotik yükü və göyərtəsində iki sərnişin daşıyan qayığı axtarır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Radio New Zealand məlumat yayıb.
Məlumata görə, göyərtəsində iri metamfetamin yükü olan qayığın axtarışı onu idarə edən iki nəfərin polisdən qaçmasından sonra başlayıb.
Bildirilir ki, "Fantaziya Əməliyyatı" çərçivəsində Yeni Zelandiya polisi ölkəyə 700 kq metamfetamin idxal etmək cəhdini araşdırırdı.