“Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik".
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, sertifikatlaşma prosesi davam etdiriləcək: "Çünki təhsildə əsas müəllim faktorudur. Bizim 7 şagirdi, 4 sinifi, 32 müəllimi olan məktəbimiz çoxdur".