Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri Qırmızı dənizdə yerləşən “Anadolu S” yük daşıyan gəmisinə raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə olarkən Anadolu S-ə bir neçə ballistik və gəmi əleyhinə raketlə hücum edərək əməliyyat keçirib”- Husilərə məxsus Al Masirah telekanalında hərəkatın nümayəndəsi bildirib.
O, həmçinin əlavə edib ki, yük daşıyıcısı onun sahibi olan şirkət işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün vurulub.
Marine Traffic gəmi izləmə xidmətinin məlumatına görə, “Anadolu S” yük daşıyıcısı Panama bayrağı altında Misirin İsgəndəriyyəsindən Pakistanın Qasim limanına üzür.