Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan millisi İsveç yığması ilə qarşılaşıb. Oyunun ilk dəqiqələrindən isveçlilər hücuma başlayıb və bu nəticə verib. İlk hissədə artıq Azərbaycan millisinin qapısından 3 top keçiriblər.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi bütün oyunlarda məğlub olub. İsveç (1:3), Slovakiya (0:2, 1:3) və Estoniya (1:3, 0:0).
Xatırladaq ki, Azərbaycan millisi bu nəticə ilə Avropanın ən zəif komandalarının çıxış etdiyi D qrupuna düşür.
Millətlər Liqası
VI tur
19 noyabr
C Liqası, I qrup
23.45 İsveç - Azərbaycan 6:0 (ikiinci hissə)
Baş hakim: Pavel Raçkovski (Polşa).
Solna, "Friends Arena".