Hansı ölkədə nə qədər nüvə başlığı var? - SİYAHI

21:48 - 20 Noyabr 2024 - DÜNYA

Rusiya və Ukrayna arasında müharibə kəskinləşdikcə dünyada nüvə silahı təhlükəsi getdikcə artır. Belə ki, son günlər ABŞ-nın Ukraynaya uzaqmənzilli raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsindən sonra bu təhlükə daha da artıb. Ötən gün Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu isə nüvə silahı istifadəsi təhlükəsini yenidən gündəmə gətirib.

Ucnoqta.az xəbər verir ki, belə təhlükə fonunda hansı ölkələrdə nüvə silahı və nə qədər olduğunu təqdim edir. Dünyanın 9 ölkəsində nüvə silahı olduğu bilinir.

Onlardan ən çox nüvə silahı başlığına malik ölkə Rusiyadır. Bu ölkənin 5580 nüvə silahı başlığı var. İkinci yerdə 5044 sayla ABŞ gəlir. Çin 500 nüvə silahı başlığı ilə üçüncü yerdə qərarlaşıb. Daha sonra Fransa 290, Britaniya 225, Hindistan 172, Pakistan 170, 90 İsrail, 50 Şimali Koreya nüvə silahı başlığına malikdir.

Ümumi olaraq bu 9 ölkənin 12121 nüvə silahı başlığı var.

Xəbər xətti