Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimov, qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Rasim qızı Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçdiyi bildirilir.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.