Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra nazirlik və idarələrin rəhbərlərinə sms göndərərək istefa vermələrini istəyib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Respublikanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Bazar günü axşam saatlarında istefa verməsini xahiş etdiyim icra başçılarına sms göndərdim. Mənim üçün belə qərarların mətn şəklində olması vacibdir ki, sonradan heç bir uyğunsuzluq olmasın”, - Paşinyan bildirib.