Mövlud Çavuşoğlu Azərbaycana gəlir

11:17 - 23 Noyabr 2024 - Xəbər

 

Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək.

Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir.

"Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri iştirak edəcəklər. Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki 5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə deportasiya edildiyimiz tarixdir", - Əziz Ələkbərli bildirib.

Xəbər xətti