Gürcüstan parlamentinin 11-ci çağırış deputatları Şalva Papuaşvilini yenidən qanunverici orqanın spikeri seçiblər.
Ucnoqta.az xəbər verir ki, səsvermə parlamentin saytında yayımlanıb.
Papuaşvilinin parlament sədri vəzifəsinə namizədliyi yeganə olub. Bunu hakim “Gürcü arzusu” fraksiyası təklif edib.
Xatırladaq ki, Papuaşvili 2021-ci ildən Gürcüstan parlamentinin sədri vəzifəsini icra edir.