Mingəçevir su anbarında zəlzələ oldu

09:47 - 26 Noyabr 2024 - ÖLKƏ İÇİ

Noyabrın 26-da Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilir ki. yerli vaxtla saat 09:43-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss edilməyib.

Xəbər xətti