Şərur İsfəndiyarın şirkəti məhkəməyə verildi

18:00 - 25 Noyabr 2024 - Xəbər

"Şərur" Mənzil-Tikinti-Kooperativini (Şərur MTK) məhkəməyə verilib.

Ucnoqta.az modern.az-a istinadla xəbər verir ki, buna səbəb kooperativin öhdəliyində olan mənzili təhvil verməməsi olub. Belə ki, əvvəlcə "Şərur MTK" Sevda Vəliyeva adlı vətəndaşın lazımi ödənişi etməməsi səbəbi ilə məhkəməyə müraciət edib. Bundan sonra Sevda Vəliyeva ödənişi tam etsə də, mənzil ona təhvil verilməyib.

Vətəndaş daha sonra Nərimanov rayon Məhkəməsinə müraciət edib. İşə hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Sevda Vəliyeva Yasamal rayonunda yerləşən 184 saylı uşaq bağçasının müdiridir.

"Şərur MTK" iş adamı İsfədiyar Axundova (Şərurlu İsfəndiyar) məxsusdur.

Xəbər xətti