NATO Hərbi Komitəsi Rusiyaya zərbələr endirmək üçün daha çox silah istehsal etməyə çağırıb

00:04 - 26 Noyabr 2024 - DÜNYA

NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer münaqişə vəziyyətində Rusiya Federasiyasının dərinliklərinə dəqiq zərbələr endirmək üçün daha çox silah istehsalına çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Siyasəti Mərkəzində keçirilən konfransda bildirib.
"Biz daha çox silah əldə etməliyik. Biz hava hücumundan müdafiə imkanlarına, eləcə də dərin dəqiqlikli zərbə imkanlarına daha çox sərmayə qoymalıyıq", - o deyib.
Onun sözlərinə görə, Rusiyanın alyansa hücum edəcəyi təqdirdə bütün bunlar lazım olacaq.

“Bizə hücum etmək üçün istifadə edilən sistemləri məhv edə biləcək dərin zərbə imkanlarının birləşməsinə malik olmalıyıq”,- o əlavə edib.

Xəbər xətti