19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 0:8.
26 noyabr
13:00.İsveçrə (U-19) - Azərbaycan (U-19) - 8:0
Baş hakim: Kristina Kozoroh (Ukrayna)
Kouklia Community stadionu
16:30. Kipr (U-19) - Estoniya (U-19)
Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.