1 milyard manatdan çox əsassız pensiya ödənişinin qarşısı alınıb - Nazir

16:53 - 26 Noyabr 2024 - Cəmiyyət

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat lazımsız xərclərin qarşısı alınıb.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu proses çərçivəsində benefisiarı bilinməyən 1,4 milyard manatlıq vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənib.

Xəbər xətti