Məşhur dərman şirkəti CƏRİMƏLƏNDİ

09:24 - 27 Noyabr 2024 - Cəmiyyət

Tibbi məhsulların satışı ilə məşğul “Anfatis” MMC əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.

Ucnoqta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan iki 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, sözügedən şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Aysel Osmanlıdır. ///iqtisadiyyat.az

Xəbər xətti