40 ölkədə əməliyyat: 5,5 min kibercinayətkar saxlanılıb

14:30 - 27 Noyabr 2024 - DÜNYA

40 ölkənin hüquq-mühafizə orqanlarının iştirak etdiyi genişmiqyaslı İnterpol əməliyyatı kibercinayətkarlıqda şübhəli bilinən rekord sayda - 5,5 min nəfərin həbsinə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin saytında dərc olunan məlumatda deyilir.

Qeyd olunur ki, iyuldan noyabr ayına qədər davam edən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif valyutalarda oğurlanmış 400 milyon dollardan çox vəsaiti və virtual aktivləri də ələ keçirə biliblər.
Qeyd olunur ki, əməliyyat yeddi növ kibercinayətlə, o cümlədən telefon fırıldaqçılığı, onlayn tanışlıq fırıldaqları, internetdə qanunsuz qumar oyunlarının təşkili və s. keçirilib.

Vurğulanır ki, əməliyyat nəticəsində Koreya Respublikasının hakimiyyət orqanları Çinin hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkar sindikatın üstünü açmağa müvəffəq olub, onların əməlləri nəticəsində 1,9 mindən çox insan zərər çəkib, ümumilikdə isə təxminən 1,1 milyard dollar oğurlanıb.
Cinayətkar qrupun ən azı 27 üzvü saxlanılıb, onlardan 19-u sonradan ittiham olunub.

Xəbər xətti