“İnternational Math Challenge” beynəlxalq riyaziyyat olimpiadasının nəticələri açıqlanıb

16:01 - 27 Noyabr 2024 - Cəmiyyət

Bu günlərdə “İnternational Math Challenge” beynəlxalq riyaziyyat olimpiadasının nəticələri açıqlanıb. 

Nizami rayonu 145 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Amin Mirzəzadə dünyanın 140-dan çox ölkəsində keçirilən və Elm və Təhsil Nazirliyi tərəfindən tanınan “İnternational Math Challenge” beynəlxalq riyaziyyat olimpiadasında uğurla iştirak edərək adını qalıblər sırasına yazıb.

O, 30 sualdan 20-ni düzgün cavablandırmaqla müsabiqənin qalibi olub. 

Amin Mirzəzadə bürünc medal qazanıb. 

Xəbər xətti