Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - Deputat

11:33 - 27 Noyabr 2024 - Cəmiyyət

Sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedur sadələşdirilməlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

“Əgər bir insan qolunu və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”, - deyə deputat bildirib.

Xəbər xətti