Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hazırkı prezident Salome Zurabişvili tərəfindən mümkün əfv edilməsi cari cinayət işlərinə görə praktiki məna kəsb etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsini icra edən İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.
“Zurabişvili Saakaşvilini əfv etsə belə, o, hələ də istintaq təcridxanasında qalacaq. Bundan başqa, ona qarşı başqa işlər də var. Müvafiq olaraq, Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etməsinin praktiki əhəmiyyəti yoxdur”, - Kobaxidze qeyd edib.
Kobaxidzenin sözlərinə görə, səlahiyyətləri ilin sonunda başa çatan Zurabişvili Mixail Saakaşvilini həbsdən azad edə bilməz.