"Bu matçda qələbə qazanmaq istəyirik" - Fransa klubunun baş məşqçisi

19:05 - 27 Noyabr 2024 - İDMAN

Bu matçda qələbə qazanmaq istəyirik.

Ucnoqta.az xəbər verir ki, bunu Fransanın "Lion" komandasının baş məşqçisi Pyer Saj Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis yaxşı oyun sərgiləmək üçün Bakıya gəldiklərini bildirib. O, sabahkı görüşdə az rotasiya edəcəklərini diqqətə çatdırıb.

Baş məşqçi "köhlən atlar"ın futbolçuları haqqında danışıb:

"Benzia yaxşı formadadır. "Qarabağ"ın heyətində başqa keyfiyyətli oyunçular da var. Biz isə öz oyunumuzu qurmağa çalışacağıq".

Pyer Saj Azərbaycan çempionunun əvvəlki matçlarını izlədiyini söyləyib:

"Xüsusən də avrokubok görüşlərini təhlil etmişik".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək./Report

Xəbər xətti