Məşhur bloqer xərçəng xəstəliyinə tutulub

00:30 - 28 Noyabr 2024 - Cəmiyyət

Dubayda yaşayan məşhur bloqer Mais Vaultda xərçəng aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə öz TikTok hesabındakı videoda danışıb.

Bloqerin sözlərinə görə, ona sentyabr ayında döş xərçəngi diaqnozu qoyulub. Mais Vault kimyaterapiyadan keçdiyini söylədi. Müalicə nəticəsində saçları töküldüyü üçün parik taxmağa başlayıb.
TikToker izləyicilərini onun xəstəliyinə görə üzülməməyə çağırıb. "Hər şey yaxşıdır" dedi və müalicə zamanı ailəsi və dostlarının ona dəstək olduğunu bildirdi.

Xəbər xətti