Noyabrın 25-də qeydə alınan günəş partlayışı səbəbindən yaxın günlərdə Yer kürəsində maqnit qasırğası gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Watchers yazıb.
Bildirilir ki, noyabrın 25-də planetimizə yönəlmiş Günəşdə tac kütləsinin atılması baş verib. Noyabrın 28-də Yerə çatacağı proqnozlaşdırılır.
NOAA-nın Kosmik Hava Proqnozu Mərkəzi (SWPC) noyabrın 28-də kiçik G1 geomaqnit qasırğası və noyabrın 29-da mülayim G2 qasırğası proqnozlaşdırır.