Ermənistan hökuməti respublikanın dövlət himninə dəyişiklikləri təsdiqləyib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, dəyişikliklər layihəsini parlamentin spikeri Alen Simonyanın rəhbərlik etdiyi deputatlar qrupu hazırlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, dəyişikliklər himnin ifasında vahid standartın olmaması ilə bağlıdır.
“Mən heç vaxt himnin eyni şəkildə ifa olunduğunu görməmişəm, çünki vahid ritm və ya temp yoxdur” - Paşinyan deyib.
Baş nazir qeyd edib ki, bu layihə mətnə hər hansı dəyişiklik nəzərdə tutmur.
"Dörtlüklər yerlərini dəyişir" - deyə əlavə etdi.