Meta korporasiyasının rəhbəri Mark Zukerberq çərşənbə günü Mar-a-Laqo (Florida) iqamətgahında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Trampın gələcək köməkçisi və Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller Fox News telekanalına bildirib.
Miller grüşü şərh edərək bildirib ki, Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və iştirak etmək istəyini çox açıq şəkildə ifadə etdi.