UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda "Lion"la (Fransa) qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, serbiyalı baş hakim Nenad Minakoviçin idarə etdiyi matç Fransa təmsilçisinin 1:4 qələbəsi ilə yekunlaşıb. Oyun "köhlən atlar"ın üstünlüyü ilə başlasa da rəqib daha dəqiq olub.1:4. İkinci hissə də "Qarabağ" penaltidən hesab arasındakı fərqi azaltsa da ağır məğlubiyyətdən qurtara bilməyib.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl keçirdiyi 4 oyundan üçündə məğlub olub.
28 noyabr
21:45.“Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) 1:4
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Bosko Bozoviç, Milan Mitiç (hamısı Serbiya)
Tofiq Bəhramov adına Respublika Stadionu