Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 24 ədəd taxılyığan kombayn gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sayda kombaynın alışına 4 milyon 817 min 620 ABŞ dolları (8 milyon 189 min 954 manat) olub. İdxal olunan bir ədəd kombaynın orta qiyməti 200 min 734 ABŞ dolları (341 min 248 manat) təşkil edib.
Bu dövrdə Azərbaycandan xarici ölkələrə 2 ədəd taxılyığan kombayn ixrac edib. Bundan əldə olunan gəlir 53 min 400 ABŞ dolları (90 min 780 manat) olub. İxrac olunan kombaynın bir ədədinin orta qiyməti 26 min 700 ABŞ dolları (45 min 390 manat) olub.