"Merkeldən üzr istədim"

19:50 - 28 Noyabr 2024 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Angela Merkellə məşhur görüşündən danışıb.

Modern.az xəbər verir ki, Merkel bu yaxınlara çıxan kitabında həmin görüşdən yazıb və Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğu bildirib.
Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin yekunlarına dair mətbuat konfransında Putin Merkelin itlərdən qorxduğunu bilmədiyini söyləyib.

"Mən onun itlərdən qorxduğunu bilmirdim, Bilsəydim, bunu heç vaxt etməzdim, əksinə, rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Mən Almaniyada yaşamışam, hardasa 5 il və bilirəm ki, orada ev itlərinə pozitiv yanaşırlar. Buna əsaslanmışdım. Mən sonradan məsələni biləndə, Merkeldən üzr istədim. Dedim ki, Angela, bağışla, mən bilmirdim", - deyə Rusiya prezidenti qeyd edib.

Xəbər xətti