Bu ilin son güclü maqnit qasırğası Yer kürəsini vuracaq
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 28-dən 29-na keçən gecə güclü maqnitosfer həyəcanının gecə yarısından sonra maqnit qasırğasına çevriləcəyi, pikinin gecə yarısından günortaya qədər olacağı gözlənilir.
Geomaqnit zərbəsi 6 bal gücünə çatacaq ki, bu da orta G2 aktivlik səviyyəsinə bərabərdir. Astrofiziklərin dəqiqləşdirdiyi kimi, günəş maddəsi gecənin ikinci yarısında Yerə yaxın kosmosa çatacaq.
Noyabrın 29-u günortadan sonra tufan zəifləməyə başlayacaq, lakin saat 18:00-dan 21:00-a kimi yenidən qasırğanın baş verməsi gözlənilir.