Yanğın zamanı ana xəsarət aldı, 3 azyaşlı uşağı öldü

08:01 - 21 Oktyabr 2024 - HADİSƏ

Rusiyanın Perm diyarının Uralski kəndində ikimərtəbəli evdə baş verən yanğın 3 uşağın həyatına son qoyub.

Ucnoqta.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalının məlumatına görə, onların anası xəstəxanaya çatdırılıb.

Məlumata görə, Uralski kəndində ikimərtəbəli yaşayış binası yanıb. 11 sakin xilas olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərkən bir, üç və beş yaşlı oğlanların meyitlərini aşkar ediblər. Onların anası yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsinə 20 mütəxəssis cəlb olunub, 5 texnika cəlb olunub.

Xəbər xətti