Lerikdə azyaşlı faciəli şəkildə öldü

12:52 - 19 Oktyabr 2024 - HADİSƏ

Ötən gün Lerikdə valideynləri ilə birlikdə yanıq xəsarətləri alan uşaq ölüb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki yaşlı V.Abbaslı bu gün səhər müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun sobasından çıxan alov 2 yaşlı uşağın üstünə düşüb. Hadisə  nəticəsində azyaşlının bədəninin 90%-nin yandığı bildirilib.

Xəbər xətti