Antalyada oteldə yanğın olub

20:21 - 18 Oktyabr 2024 - HADİSƏ

Kəmər vilayətinin (Antalya vilayəti) Beldibi kəndində oteldə yanğın baş verib.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, yanğının mətbəx sahəsindən başladığı və tüstünün digər otaqları əhatə etdiyi güman edilir.

Bütün qonaqlar və işçilər dərhal təxliyə edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur.
Bir müddət istirahət edənlər eyvanlarda tənəffüs orqanlarını yaş dəsmallarla örtərək evakuasiyanı gözləmək məcburiyyətində qalıblar.

Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə başlayıblar.

Xəbər xətti