Saxalin sahillərində yük gəmisi aşıb - Foto

08:13 - 18 Oktyabr 2024 - HADİSƏ

Göyərtəsində çınqıl və qum olan “Qriqori Lovtsov” yük gəmisi Saxalin sahillərində çevrilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə teleqram kanalı məlumat yayıb. Bildirilir ki, dörd nəfər itkin düşüb.

İlkin məlumata grə, həddindən artıq yüklənmə olub və gəmi çevrilib.
Gəmidə yeddi ekipaj üzvü olub. Üç nəfəri xilas etmək mümkün olub, dörd nəfərin taleyi hələlik məlum deyil.
Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Qəza yerində iki yedək gəmisi və bir xilasedici gəmi işləyir.


Xəbər xətti