WhatsApp və Instagramda ixtisarlar olub

12:37 - 18 Oktyabr 2024 - DÜNYA

Amerika korporasiyasının rəhbərliyi Meta Platforms Inc. “WhatsApp” messencerinin və Instagram sosial şəbəkəsinin tərtibatçılarının heyətini ixtisar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Meta nümayəndəsi məlumat verib.

“Bəzi qruplar başqa yerə, bir sıra əməkdaşlar başqa vəzifələrə keçirilib.

Vəzifənin ləğv edildiyi bu kimi vəziyyətlərdə biz təsirə məruz qalan işçilər üçün yeni imkanlar tapmaq üçün çox çalışırıq" nümayəndə deyib.

Meta sözçüsü qeyd edib ki, ixtisarlar şirkətin strateji məqsədlərinə çatmaq üçün zəruridir.

Xəbər xətti