Çinin mülki dron istehsalçısı DJI, sanksiyalar siyahısına salındığı üçün Pentaqona qarşı iddia qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin TASS-a verdiyi məlumatda deyilir.
DJI hər zaman mülki pilotsuz təyyarələrin istifadəsini təşviq etdiyini və məhsullarının hərbi məqsədlər üçün istifadəsinə qarşı olduğunu bildirdi.
Şirkət Çin ordusuna məxsus olmadığını və ona nəzarət edilmədiyini vurğulayıb.