Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.
Ucnoqta.az xəbər verir ki, hadisə saat 20:00 radələrində Astara rayonunun Sığaloni kəndi ərazisində baş verib.
Ata Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynovu ov tüfəngi ilə güllələyib. T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb. İlkin məlumata görə ata və oğul arasında mübahisə sitrus meyvələri üstündə yaranıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.///apa