Çaydan 68 yaşlı kişi meyiti tapılıb

20:12 - 19 Oktyabr 2024 - HADİSƏ

Xaçmaz rayonunda çaydan kişi meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, rayonun İstisu qəsəbə sakini 1954-cü il təvəllüdlü Mehdixanov Əlixan Vəlixan oğlunun cəsədi qəsəbə ərazisindən keçən çaydan tapılıb.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və üç gün əvvəl evdən çıxaraq bir daha qayıtmadığı bildirilir.

Ə. Mehdixanovun meyiti çaydan çıxarılıb və tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti