Niderland Ukraynanı 42,6 milyon avro dəyərində pilotsuz təyyarələrlə təmin etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Hollandiya müdafiə naziri Ruben Brekelmans bildirib.
“Ukraynanın hazırda müasir dronlara böyük ehtiyacı var. Buna görə də Niderlandın DeltaQuad şirkəti Ukraynanı 42,6 milyon avro dəyərində kəşfiyyat aparatları ilə təmin edəcək” - o qeyd edib.
Niderland tərəfi tədarük edilən pilotsuz təyyarələrin sayını açıqlamayıb.