İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı hava hücumları zamanı "Hizbulla"h hərəkatının üç səhra komandirinin öldürüldüyünü açıqlayıb.
Unoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında deyilir. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Tibnin bölgəsinə zərbələr endirib və Hizbullah Cənub Cəbhəsinin yüksək səviyyəli komandiri Abbas Salamı öldürülüb.
Bundan əlavə, Hizbullahın kommunikasiya üzrə yüksək səviyyəli eksperti Rada Abbas Avada və Hizbullahın silah istehsalı bölməsinin rəhbəri Əhməd Əli Hüseyn də öldürülüb.