Pentaqonun rəhbəri Kiyevə gəlib

10:22 - 21 Oktyabr 2024 - DÜNYA

ABŞ-ın müdafiə naziri Lloyd Ostin elan olunmamış səfərlə Kiyevə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərinin səfərinin məqsədi ABŞ seçkiləri ərəfəsində Ukraynaya dəstəyi nümayiş etdirməkdir.

CNN-in məlumatına görə, Ostin Ukraynanın silah ehtiyaclarını müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşəcək.

Xəbər xətti