Almaniya 570 miqrantı Polşaya qaytarıb

10:46 - 21 Oktyabr 2024 - DÜNYA

Bu ilin əvvəlindən sentyabrın 30-dək Almaniya hakimiyyəti readmissiya proqramı çərçivəsində 570 əcnəbini Polşaya qaytarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RAR agentliyinə Polşa Sərhəd Xidmətinin mətbuat katibi, podpolkovnik Anjey Yuzviak məlumat verib.

Məlumata görə, onların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşları olub.

Polşa sərhədçisinin məlumatına görə, 2023-cü ildə Almaniya 900 əcnəbini Polşaya qaytarıb ki, onların da əksəriyyəti Gürcüstan vətəndaşlarıdır.

Xəbər xətti