Şirvanda iki yaşlı uşaq 2-ci mərtəbədən yıxıldı

19:02 - 20 Oktyabr 2024 - HADİSƏ

Şirvanda 2 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Şirvan sakini, 2022-ci il təvəllüdlü Ə.B binanın 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb. Azyaşlı kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Xəbər xətti