Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz Salayevin baş nahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.
Araşdırmalar aparılır.