Britaniya HHQ kəşfiyyat təyyarələri üçün lazer sistemini sınaqdan keçirib

13:17 - 20 Oktyabr 2024 - DÜNYA

 Kral Hərbi Hava Qüvvələri təyyarələri raket təhdidlərindən qorumaq üçün nəzərdə tutulmuş təyyarə lazer sistemini uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu sistem, xüsusən də Shadow R2 kəşfiyyat təyyarələri və A400M hərbi-nəqliyyat təyyarələrində istifadə oluna bilər.
İsveçdə keçirilən sınaqlar zamanı lazer hədəflərin 100%-ni vurub.
Sistemin inkişafı İtaliyanın “Leonardo” hərbi sənaye konserninin Britaniya bölmələri, Fransanın “Thales” qrupu və Böyük Britaniya Müdafiə Nazirliyinin elmi-texniki laboratoriyası arasında əməkdaşlığın nəticəsi olub.

Xəbər xətti