ABŞ-da helikopter radio qülləyə çırpılıb

08:05 - 21 Oktyabr 2024 - DÜNYA

ABŞ-nın Hyuston şəhərindəa helikopter radio qülləsinə çırpılaraq qəzaya uğrayıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “Houstonchronicle” qəzeti yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb. Texas ştatının Hyuston şəhərində helikopterin radio qülləsi ilə toqquşmasından sonra yanğın baş verib. Hadisə yerində Fövqəladə Hallar Xidməti və yanğınsöndürənlər işləyir.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Xəbər xətti