Marburq virusuna qarşı dərmanın ilk klinik sınaqlarına başlanır

07:11 - 21 Oktyabr 2024 - DİGƏR

Ruandada mütəxəssislər Marburq virusuna qarşı dərmanın ilk klinik sınaqlarına başlayıblar. Sınaqlar Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilir.
Tədqiqat zamanı iki dərmanın təhlükəsizliyi və effektivliyi yoxlanılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Afrika üzrə regional xidməti məlumat yayıb.
Bu sınaqlar əvvəllər COVID-19-un müalicəsində istifadə edilən Remdesivir dərmanının təhlükəsizliyini və effektivliyini araşdıracaq.

Bundan əlavə, alimlər Marburq virusu ilə mübarizə üçün xüsusi olaraq hazırlanmış MBP091 antikorunun təsirini qiymətləndirəcəklər.
ÜST təsdiq edib ki, bu sınaqdan əvvəl Afrikanın 17 ölkəsinin və dünyanın digər regionlarının səhiyyə nazirliklərindən 200-ə yaxın tədqiqatçı və mütəxəssisin iştirakı ilə iki il ərzində klinika öncəsi tədqiqat aparılıb.

Xəbər xətti