SABAH qruplarının test imtahanı mərhələsi keçirilib

13:52 - 30 İyun 2024 - Cəmiyyət

Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, imtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda 2025 tələbənin iştirakı gözlənilirdi.

İmtahanların idarəolunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

Xəbər xətti