Ukraynanın itkiləri açıqlanıb

15:04 - 1 İyul 2024 - DÜNYA

Rusiya hərbçiləri 27 mindən çox Ukrayna pilotsuz uçan aparatını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 616 təyyarə, 276 helikopter, 27 040 pilotsuz uçuş aparatı, 535 zenit-raket kompleksi, 16 471 tank və digər zirehli döyüş texnikası, 1362 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 11185 sahə artilleriya silahı və minaatan, həmçinin 23 201 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb. 

Xəbər xətti