Azərbaycan nefti ucuzlaşıb

10:13 - 13 İyun 2026 - İQTİSADİYYAT

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,35 ABŞ dolları və ya 6,55 % azalaraq 90,5 ABŞ dolları təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 88,23 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,33 ABŞ dolları və ya 6,69 % azalaraq 88,23 ABŞ dolları təşkil edib.

Xəbər xətti